RUNDA.AZ Haqqında
RUNDA — Azərbaycanda idman mədəniyyətini inkişaf etdirən və insanları sağlam həyata birləşdirən hərəkatdır. Məqsədimiz idmanı hər kəs üçün əlçatan etmək və gündəlik həyatın təbii hissəsinə çevirməkdir.
Missiyamız
Biz inanırıq ki, idman insanları birləşdirir, gücləndirir və dünyaya daha çox enerji gətirir. RUNDA olaraq, sağlam həyata can atan fəal insanların icmasını qururuq.
Fəaliyyətimizin əsasında triatlon idman növləri dayanır — xüsusilə qaçış. Mütəmadi qaçışlar, tədbirlər və sosial layihələrlə insanları birləşdiririk və bu hərəkatı ölkə üzrə yaymağı hədəfləyirik.
Planlarımız
RUNDA yalnız bu günlə kifayətlənmir — biz sabahı da qururuq. Yaxın zamanda üç əsas istiqamət üzrə inkişaf etməyi planlaşdırırıq:
- İcma (Community) – qaçışlar, velosiped yürüşləri, sosial tədbirlər və yarışlarla güclü icma yaratmaq.
- Proqram (Application) – şəxsi məşq planları, triatlon yönümlü izləmə sistemi, motivasiya və qlobal idman platforması təqdim edən mobil tətbiq.
- Məhsullar (Products) – idman geyimləri, aksesuarları və sağlam həyat tərzini dəstəkləyən təchizat.
Bizim İcmaya Qoşulun
Komandamıza qoşulun RUNDA.AZ-ın bir hissəsi olun və idmanın gələcəyini qurmağa kömək edin.